Bakıdakı bəzi küçələrdə parklanmalara icazə veriləcək - RƏSMİ

22 Yanvar 2019 17:06 (UTC+04:00)

Bakıda küçələrdə bir sıra parklanmalara icazə veriləcək. Movqe.az xəbər verir ki, bunu mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli deyib. 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı araşdırmalar aparılır: 

"Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Yerlərdəki vəziyyət müəyyənləşdirilir. Araşdırmalar başa çatandan sonra bu barədə müvafiq qərar veriləcək. Yəni, həmin ərazilərdə tıxac yaratmamaq şərti ilə yolun kənarında avtomobillərin bir cərgə saxlanmasına saatla icazə veriləcək. Axşam saat 19:00- dan səhər saat 07:00-a kimi bir sıra parklanmaya icazə veriləcək. 07:01-dən etibarən artıq həmin ərazilərdə parkanan maşınlara cərimə yazılacaq".