Azərbaycan Prezidenti və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub

22 Yanvar 2019 19:45 (UTC+04:00)

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin görüşü olub.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə “Total” şirkətinin Azərbaycanda reallaşdırdığı layihələr, o cümlədən “Abşeron” layihəsinin uğurla həyata keçirilməsi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.