Podiuma əlvida deyəcək

29 Aprel 2013 19:37 (UTC+04:00)

Məşhur alt paltar firması "Victoria's Secret"in, "populyarlığımıza və satışlara artıq çox xeyri yoxdur" deyərək üç illik kontraktı sona çatdığı zaman yeni müqavilə imzalamadığı avstraliyalı model Miranda Kerrin podiumlara vida edəcəyi bildirilib. Movqe.Az-ın məlumatına görə, Avstraliyadakı "David Jones" firması ilə bağladığı razılaşmasını da sona çatdıran 30 yaşlı modelə yaxın qaynaqlar, "Miranda bundan sonra ailəsi və başqa layihələrə vaxtını ayıracaq. Bir müddət podiumlardan uzaq olacaq" deyiblər. Xatırladaq ki, aktyor Orlanda Blumla evli olan Kerrin iki yaşında bir oğlu var.