Dünən ölkəmizdə yol-nəqliyyat hadisələri nəticəsində 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb

30 Aprel 2013 11:26 (UTC+04:00)

Ötən gün respublikanın avtomobil yollarında baş verən 12 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

 

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Mövqe.az-a verilən məlumata görə, ölümlə nəticələnən yol qəzalarının hər ikisində piyadalar vurulub. Baş verən qəzaların biri Ağcabədi rayonunda, digəri isə Bakının Binəqədi rayonunda qeydə alınıb.

 

Qeyd edək ki, Bakı-Sumqayıt yolunda Mətləb Xəlilovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Pərvin Orucovu vurub. Piyada hadisə yerindəcə ölüb.