Ağlayan qazansın!

30 Aprel 2013 16:06 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokiodakı Sensoji məbədində dünən təşkil edilən Naki Sumo adlı "ağlayan körpə yarışı", rəngli görüntülərə səhnə olub. Hər il təşkil edilən yarışa bu il 2012-ci ildə doğulan onlarla körpə qatılıb. Müsabiqə iki həvəskar sumo güləşçisinin qollarındakı körpələrin "rinqə" çıxmasıyla başlayır, hansı körpə daha çox ağlasa qazanan o olur. Yaponlar, bir körpənin nə qədər çox ağlasa o qədər sağlam olacağına inanır.