Hyustonda keçirilən futbol üzrə şəhər turnirində Azərbaycan komandası iştirak edir

30 Aprel 2013 16:45 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının Azərbaycan komandası Hyustonda keçirilən futbol üzrə ənənəvi şəhər turnirində SOCAR-ın dəstəyi ilə iştirak edir.


Futbol turniri hər il Hyuston şəhərinin Qardaşlaşmış Şəhərlər Təşkilatı tərəfindən təşkil olunur. Təşkilata qardaşlaşmış şəhərlərin, o cümlədən Bakı (Azərbaycan), Abu-Dabi (BƏƏ), Çiba (Yaponiya), Aberdin (Şotlandiya), Quayakil (Ekvador), Uelva (İspaniya), İstanbul (Türkiyə), Kəraçi (Pakistan), Leypsiq (Almaniya), Luanda (Anqola), Nitsa (Fransa), Pert (Avstraliya) Şençjen (Çin), Stavanger (Norveç), Taypey (Tayvan), Tampiko (Meksika) və Tümen (Rusiya) şəhərlərinin 17 assosiasiyası daxildir.