İsmayıl Hacıyev AMEA-nın Naxçıvan bölməsinin yeni sədr seçildi

30 Aprel 2013 17:01 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü İsmayıl Hacıyev AMEA-nın Naxçıvan Bölməsinin sədri vəzifəsinə təsdiq edilib.


Mövqe.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İsmayıl Hacıyevin Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam verib.


Xatırladaq ki, aprelin 24-də AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni üzvləri seçilib.