Millidə yeni müqavilə

1 Fevral 2019 20:35 (UTC+04:00)

Seneqal yığmasının baş məşqçisi Aliu Sissenin müqaviləsinin müddəti uzadılıb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə müddəti 2021-ci ilin yayına kimi olan yeni sözləşmə imzalanıb. Bu barədə Seneqal Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

2015-ci ildən Seneqal millisini çalışdıran Sissenin əvvəlki müqaviləsi cari mövsümün sonunda bitirdi.