Dünyanı gəzmək üçün hər şeylərini satdılar

2 Fevral 2019 20:44 (UTC+04:00)

Gənc cütlük dünyanın 63 ölkəsini gəzib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, argentinalı cütlük dünyanın bir hissəsini gəzmək üçün tura çıxıb. Bu günədək onlar ABŞ, Braziliya, Misir, Xorvatiya, Yaponiya, İtaliya, Bolqarıstan və Portuqaliya, Türkiyə  kimi ölkələri gəziblər. Onların ən böyük arzusu isə bütün dünyanı gəzməkdir.

Cütlük bu səfəri həyata keçirmək üçün əlindəki bütün daşınar və daşınmaz əmlakı satıb.