Real Benzemanı Neymarla dəyişir

4 Fevral 2019 21:16 (UTC+04:00)

Don Balon nəşri maraqlı açıqlama edib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Real Kərim Benzema PSG-dən Neymarla dəyişir. “Kral klubu”nun prezidenti Florentino Peres , parislilərə Benzemanı və əlavə 120 milyon avro təklif edir. Prezident hesab edir ki, PSG bu təklifdən razı qalacaq.

Xatırladaq ki, Neymar hazırda zədəlidir. Hücumçu 10 həftə komandasına kömək edə bilməyəcək.