Ana yeni doğduğu əkizlərdən birini öldürdü, digərini isə... - DƏHŞƏT

4 Fevral 2019 22:29 (UTC+04:00)

İsveçrədə qadın əkiz uşaqlarından birini öldürüb oyuncaq ayının içində gizlədib, digərini çirkli paltarların arasında qoyub.

Movqe.az xəbər verir ki, qadının bu dəhşətli əməli təsadüfən aşkarlanıb.

23 yaşlı Jelica.S adlı qadın hamilə qaldığını hər kəsdən gizlədib. Əkiz uşağa hamilə qalan qadın onları hamamda dünyaya gətirib. Canlı doğulan uşağın başını divara vuraraq öldürüb. Sonra da oyuncaq ayının içində gizlədib. 31 saat sonra isə ikinci uşaq ölü doğulub. Onu isə çirkli paltarların arasında gizlədib.

Hadisə qadının anasının onu evdə qan içində görüb xəstəxanaya aparmasından sonra aydınlaşıb.

Şüurunu itirdiyi deyilən qadına bir il həbs cəzası verilib. Hadisə cəmiyyətdə kəskin etiraza səbəb olub. (publika.az)