Dövlət qulluğunda vakansiyalarla bağlı müsabiqə başladı

30 Aprel 2013 21:14 (UTC+04:00)

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və ümumi müsahibə elan olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, yeni müsabiqə və ümumi müsahibə mayın 1-dən 19 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 310 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilib. Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 275-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 14-ü isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır. Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 20-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır. Müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar 30 gün müddətində elektron və ya kağız daşıyıcılar vasitəsilə Komissiyada qeydiyyatdan keçməlidirlər. Ümumi müsahibədə iştirak etmək arzusunda olan vətəndaşlar isə sənədlərini 20 gün müddətində Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər. Mərkəzi icra hakimiyyəti orqanlarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 75, Gənclər və İdman Nazirliyi üzrə 69, Dövlət Sosial Müdafiə Fondu üzrə 46, Maliyyə Nazirliyi üzrə 22, Nəqliyyat Nazirliyi üzrə 18, İqtisadi İnkişaf Nazirliyi üzrə 12, Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 7, Səhiyyə Nazirliyi üzrə 6, Dövlət Statistikası üzrə 4, Kənd Təsərrüfatı Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi üzrə 1vakant vəzifə, məhkəmə hakimiyyəti orqanlarından Nərimanov Rayon Məhkəməsi üzrə 9, Sumqayıt Apellyasiya Məhkəməsi 2, Abşeron Rayon Məhkəməsi, Hacıqabul Rayon Məhkəməsi və Qubadlı Rayon Məhkəməsi üzrə  isə 1 vakant vəzifə müsabiqəyə, Gənclər və İdman Nazirliyi üzrə 3, Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə 15, Sumqayıt Apellyasiya Məhkəməsi üzrə isə 1 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.