Əfqan uşaqlar astronomiya ilə tanış olacaq

2 May 2012 18:36 (UTC+04:00)

Mövqe.az BBC-yə istinadən bildirir ki, Əfqanıstanda başladılan yeni bir kampaniya ilə məktəblərdə, yetimxanalarda və mühacir düşərgələrində astronomiya dərsləri verilməyə başlanacaq.

Layihə həvəskar Əfqan astronomlar, elm adamları və hökumət səlahiyyətliləri tərəfindən həyata keçirilir.

"Ulduzlara Çat'' adlı layihə ölkədə uşaqlara təqdim edilən ilk astronomiya proqramı olacaq.

İslam mədəniyyətinin zəngin astronomiya mirasının reallaşdığı layihənin başqa ölkələrdə də tətbiq olunması ümid edilir.

Layihəni idarə edən Xristofer Filips nitqində söyləyib ki, ''Avropa qaranlıq çağını yaşayarkən İslam mədəniyyəti həm astronomiyada həm də fizikada dünya lideri idi. Onların tapıntıları müasir elmi şəkilləndirdi''.

Filips ''Yaxın zamanlarda isə səmanın Allahın məkanı olduğu və bu sahədə işin dindən kənar və qadağan olduğu fikiri yayıldı'' deyə sözlərinə davam edib.

Phillips bu layihə ilə Əfqan uşaqların atalarının astronomiya

mədəniyyətində təmin etdikləri fəaliyyətləri öyrənməsini və bu sahədə işə təşviq edilməsini planladıqlarını söyləyib.


Ziba Yusifova

Movqe.az