Xərçəng xəstəliyinin ilkin əlaməti

6 Fevral 2019 20:07 (UTC+04:00)

Demək olar ki, hər kəsin boğazı ömründə bir dəfə də olsa, ağrıyıb.

Boğaz soyuqlaması həkimin düzgün təyin etdiyi müalicə nəticəsində sağalır. Yox, əgər boğazınız davamlı ağrıyırsa, onda yenidən həkimə müraciət eləmək lazımdır. Çünki ekspertlər belə qənaətə gəliblər ki, boğazda daimi ağırının olması xərçəng xəstəliyinin əlaməti ola bilər.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, xüsusən də, boğazda ağrı zamanı qidanı çətinliklə udursunuzsa, ani təngnəfəslik yaranırsa, yaxud məlum olmayan səbəbdən arıqlayırsınızsa...

İngiltərənin Ekseter Universitetinin alimləri ehtimal edirlər ki, boğaz ağrısı, habelə udqunma problemi onkoloji xəstəliyin əlamətləri ola bilər.

Alimlərin fikrincə, boğaz xərçənginin daha bir simptomu ağızdan pis iy gəlməyə başlamasıdır.

Həkimlər qeyd edirlər ki, boğaz şişləri müalicəyə yaxşı tabe olur, lakin müalicə gecikdirildikdə cərrahi əməliyyata ehtiyac yaranır.

Əməliyyatdan sonra isə əksər pasiyentin səsində xırıltı əmələ gəlir.