Paytaxtda iki gənc bıçaqlandı

7 Fevral 2019 11:12 (UTC+04:00)

Gecə saatlarında paytaxtın Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qarayev Anar İlqar oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. 

Movqe.az-ın xəbərinə görə, A.Qarayev Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Yaralıya qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 

 

Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Daha bir oxşar hadisə paytaxtın “Həzi Aslanov” metrostansiyası yaxınlığında baş verib. 1991-ci il təvəllüdlü İsmayılov Elnur Ramiz oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

E.İsmayılov Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti qənaətbəxşdir. 

Hər iki faktla bağlı araşdırma aparılır.