Zəlzələ bu yollarda 3 santımetrədək çatlar yaratdı-Rəsmi açıqlama

7 Fevral 2019 10:58 (UTC+04:00)

Ötən gecə Azərbaycanda baş vermiş zəlzələ nəticəsində bəzi yollarda 1-3 santımetr enində çatlar yaranıb. Bu barədə Movqe.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

A. Nəcəfli yollarda yaranmış çatların dərinliyinin nə qədər olduğunun hələki bilinmədiyini söyləyib: "Zəlzələdən sonra Çüxuryurd, Qızmeydan, Pirbəyli, Şamaxı-Dəmirçi yollarında çatlar müşahidə olunur. Müəyyən ərazilərində sürüşmələr də qeydə alınıb.  Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı şəhəri ərazisində 5 kilometrə qədər hissəsə  4-5 yerdə çat əmələ gəlib. Bundan başqa  Muğanlı-İsmayıllı yolunda da bir-neçə yerdə qeydə alınıb".

A. Nəcəfli bildirib ki, hazırda bu hadisə ilə bağlı aktlaşdırma işləri aparılır. Qurumun sözçüsü yollarda hərəkətin məhdudlaşdırılmayacağını söyləyib: "Hələki elə hərəkət üçün elə bir təhlükə yoxdur. Sürücülər narahat olmasınlar. 

Zülfiyyə QULUYEVA