Bakı-Sumqayıt elektrik qatarlarının hərəkəti dayandırılır

7 Fevral 2019 16:10 (UTC+04:00)

Fevralın 10-da birgünlük Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti dayandırılır.

Azərbaycan Dəmir Yolları QSC-dən  verilən məlumata görə, məhdudiyyət Güzdək-Baş Sumqayıt mənzilinin 5-ci post ərazisində aparılan təmir-bərpa işləri ilə əlaqədardır.