Dünyada internetin sürəti azalıb

2 May 2012 20:50 (UTC+04:00)

Movqe.az xəbər verir ki, 2011-ci ilin dördüncü rübündə internetin dünya üzrə orta sürəti 2,3 meqabit saniyə təşkil edib. Bu göstərici 2010-cu ilin analoji dövrü ilə müqayisədə 14 faiz aşağıdır. "Akamai" statistik şirkətinin məruzəsində qeyd edilib ki, 2011-ci ilin sonunda internetə qoşulma sürəti 93 ölkədə azalıb, 41 ölkədə isə artıb.

Analitiklər hesabatda internetin sürətinin azalması səbəbini qeyd etməyiblər. Ümumilikdə, 2011-ci il ərzində internetin dünya üzrə orta sürəti 19 faiz artıb. Cənubi Koreya internetə qoşulma sürəti üzrə keçən il olduğu kimi, bu il də artım (17,5 mbit/s) göstərib. ABŞ-da internetə qoşulma sürəti üzrə artım (5,8 mbit/s) 14 faiz təşkil edib.

Tural QABİLOĞLU