Azərbaycanda faciəvi şəkildə ölən xanım müğənninin- FOTOSU

7 Fevral 2019 17:45 (UTC+04:00)

Bu gün Qax rayonunda baş verən yol qəzasında bölgənin tanınmış müğənnilərindən olan Mehriban Mustafayevanın faciəvi şəkildə ölməsi barədə məlumat vermişdik.

Movqe.az Şimal bölgəsində məşhur olan və regional telekanallara tez-tez qonaq kimi dəvət edilən müğənninin bəzi fotolarını təqdim edir.

qeyd edək ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.

Faktla bağlı araşdırma aparılır.