Nazir daha 2 jurnalistə vəzifə verdi

8 Fevral 2019 15:28 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi vəzifəsinə Aynur Osmanqızı, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi vəzifəsinə isə Gülnar Əzizova təyin ediliblər.

Movqe.az xəbər verir ki, bu barədə ƏƏSMN mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat yayıb.

"Hazırki vəzifəsinə qədər A.Osmanqızı Report İnformasiya Agentliyinin müxbiri, G.Əzizova isə CBC telekanalında “Xəbər” proqramının aparıcısı və müxbiri kimi fəaliyyət göstərib.

Hər iki mətbuat katibini təbrik edir və fəaliyyətlərində uğurlar arzulayıram!" - F.Talıblı bildirib.

Zülfiyyə QULUYEVA