Prezident Yaqub Mahmudovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib

9 Fevral 2019 16:23 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Movqe.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.