Beyləqanda mikroavtobusun "KamAZ"la toqquşması nəticəsində azyaşlı həlak olub

10 Fevral 2019 15:28 (UTC+04:00)

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Aşıqalılarkəndində qeydə alınıb.

"Ford" markalı mikroavtobus yol kənarında dayanan "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Nəticədə mikroavtobusda olan 4 yaşlı oğlanölüb. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha əvvəl Beyləqan rayonunda iki avtomobil toqquşub.