18 yaşlı futbolçu üçün 57 milyon avro

10 Fevral 2019 17:17 (UTC+04:00)

Manchester United heyətinə yeni futbolçu qata bilər.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Fulham-in yarımmüdafiəçisi Rayan Sesenyonla maraqlanır. Mançester təmsilçisinin 18 yaşlı futbolçu üçün qarşı tərəfə 57 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Sesenyonun Fulham-lə 2020-ci ilin yayına qədər müqaviləsi var.