Çengiz Ünder ən bahalı türk futbolçu ola bilər

10 Fevral 2019 20:51 (UTC+04:00)

Roma-nın futbolçusu Çengiz Ünder Avropa nəhənglərinin diqqət mərkəzindədir.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçunu Arsenal və Bayern Münich heyətinə qatmaq istəyir. İddialara görə, hər iki klub Türkiyə millisinin üzvü üçün italyanlara 50 milyon avro təklif edir. Bu transfer baş tutsa, Çengiz Ünder ən bahalı türk futbolçu kimi tarixə düşəcək.

Bu arada Roma türk futbolçunun müqaviləsini artırmaq qərarına gəlib. Paytaxt təmsilçisi yeni müqavilədə hücumçunun maaşını 1 milyon avrodan 3 milyona qaldırmaq niyyətindədir.

Qeyd edək ki, Roma Çengiz Ünderi 2017-ci ilin yayında Başakşehir-dən 13,4 milyon avroya alıb. Hazırda Transfermarkt-ın 35 milyon avro qiymət qoyduğu futbolçu cari mövsümdə oynadığı 25 rəsmi matçda 6 qol vurub və 9 məhsuldar ötürmə edib.