Bakının bu kəndində yol bataqlığı xatırladır-VİDEO

11 Fevral 2019 13:00 (UTC+04:00)

Paytaxtın Binə kəndində yollar bərbad vəziyyətdədir. Sakinlər bunu əks etdirən video görüntünü Movqe.az saytına göndəriblər. Kənd sakinləri hər gün bu yollarla övladlarının çətinliklə dərsə gedib-gəldiyindən şikayətlənirlər. 

Qeyd edək ki, Binə kəndinin Südçülük adlanan ərazisində yol kənarında su ötürücülərinin olmaması səbəbindən yağış suları yolun üst qatını yuyaraq geniş çalalar əmələ gətirir. Bu da kənd sakinlərinə gediş-gəlişdə çətinliklər yaradır. 

Zülfiyyə QULUYEVA