Azərbaycanda hamilə qadın xəstəxanada öldü

12 Fevral 2019 15:42 (UTC+04:00)

Azərbaycanda hamilə qadın dünyasını dəyişib.

Movqe.az-ın məlumatına görə, hadisə Göyçay şəhərində baş verib. 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyeva xəstəxanada ölüb.

Səhiyyə Nazirliyindən Movqe.az-a bildiriblər ki, qadın qanaxma ilə xəstəxanaya çatdırılıb. İlkin ehtimala əsasən, qadının ölümünə də elə qanaxma səbəb olub.

Hazırda hadisə ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub, araşdırma aparılır.

Nazilikdən onu da deyiblər ki, N.Əliyeva bu günə qədər 3 dəfə qeysəriyyə əməliyyatı keçirib.