“Ad günün mübarək, Buffon baba”

12 Fevral 2019 20:10 (UTC+04:00)

41 yaşını qeyd edən PSG-nin qolkiperi Canluici Buffon ad günündə komanda yoldaşı Kilian Mbappenin təbrikinə münasibət bildirib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, fransız hücumçu Buffona “baba” kimi müraciət edib. “Bu, normaldır. Mbappenin 20 yaşı var. Mən onun babası yaşdayam. Düzü, hətta bu cür müraciət mənə xoş təsir bağışladı. Karyeram ərzində çox şey görmüşəm. Gəncliyimdə özümdən yaşca böyük futbolçuların əhatəsində olmuşam. Çalışırdım ki, onlar mənə uşaq kimi baxmasın. İndi yaşlaşmışam. Kilianla tez-tez zarafat edirəm. Mənə elə gəlir ki, eyni yaşdayıq”,- Buffon deyib.