Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb

16 Fevral 2019 20:59 (UTC+04:00)

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb.

Movqe.az xəbər verir ki, səfər vitse-prezidenti, Baş naziri və müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun dəvəti ilə baş tutub.

Z.Həsənov Əbu-Dabi şəhərində bir sıra görüşlər həyata keçirəcək.