Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub

18 Fevral 2019 16:35 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna yeni direktor təyin olunub.

Bunu Movqe.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, bu vəzifə Elnur Heydərova həvalə edilib. 

Xatırladaq ki, o, buna qədər Azərbaycan Dövlət Aqrar Universitetində çalışıb.