Transfer rekordu yenə Neymarla qırılır

18 Fevral 2019 20:45 (UTC+04:00)

PSG-nin Barcelona-dan 222 milyon avroya alaraq transfer rekordunu qırıdığı Neymar yenidən rekord məbləğə başqa kluba keçə bilər.
Movqe.az Goal.az-a istinadən xəbər verir ki, "Don Balon"a istinadən xəbər verir ki, Manchester United braziliyalı ulduzun transferi üçün hərəkətə keçib. İngiltərə klubu Neymar üçün PSG-yə 300 milyon avro təklif göndərməyə hazırlaşır.
Bu transferin baş tutma ehtimalı böyükdür. Belə ki, Neymarın Fransada özünü xoşbəxt hiss etmədiyi və bir gün Premyer Liqada oynamağı arzuladığı bildirilir. O, bir müddət əvvəl verdiyi açıqlamada "Hər böyük futbolçu bir gün Premyer Liqada oynamalıdır" demişdi. Atası isə son açıqlamasında futbolçunun PSG-də xoşbəxt olduğunu demişdi.