Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb

19 Fevral 2019 10:10 (UTC+04:00)

Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na dəyişiklik edilib.

Movqe.az-ın məlumatına görə, dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 4.3-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və aşağıdakı məzmunda 4.4-cü bənd əlavə edilir:

“4.4. “Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxs.”