Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin avtomobil yollarındakı son vəziyyəti açıqlayıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən-Şabran hissəsində yağış, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə qar yağır. Havanın temperaturu müsbət olduğundan yolda qar yoxdur, hərəkət təmin olunub. Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində yollarda 5-10 sm qar var, lazımi tədbirlər görülür və nəqliyyatın hərəkəti təmin olunur.
Giləzi-Xızı yolunda qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.
Bakı-Qobustan avtomobil yolunda qar yağır, 1-2 dərəcə şaxta var. Yolun Cəngi-Qobustan hissəsinə 7-10 sm qar yağıb. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.
Qobustan-Şamaxı-Muğanlı avtomobil yoluna güclü qar yağır, 1-2 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır, eyni zamanda qum-duz səpilir. Hərəkət təmin olunub.
Muğanlı-Ağsu-Yevlax avtomobil yolunun Muğanlı-Ağsu hissəsinə qar yağır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.
Bakı-Ələt-Hacıqabul yolunda sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Hacıqabul-Ucar-Yevlax yolunun Hacıqabul-Ucar hissəsinə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Yevlax-Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Muğanlı-İsmayıllı yolunda qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı-Oğuz-Qəbələ-Şəki yolunda qar yağır, yolun İsmayıllı-Qəbələ hissəsində yolda 7 sm qar yağıb. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Yolun Oğuz-Şəki hissəsində sulu qar yağır.
Şəki-Qax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, yağış və sulu qar yağır. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Yevlax-Şəki (Göybulaq) yolunda Şəki rayonu ərazisində yağış yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Gəncə-Daşkəsən-Xoşbulaq yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Şəmkir-Gədəbəy yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Masallı-Yardımlı yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Lənkəran-Lerik yolunda yağıntı yoxdur, hava dumanlıdır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Hacıqabul-Bəhramtəpə-Horadiz yolunun Hacıqabul-Sabirabad-Saatlı hissəsində sulu qar və yağış yağır. Yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.