Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə rəhbər təyinatı olub

19 Fevral 2019 14:30 (UTC+04:00)

Prezident İlham Əliyev fevralın 19-da Fərid Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Movqe.az-ın məlumatına görə, sərəncamla Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.