Cəlilabadın Təhsil Şöbəsinə yeni müdir təyin olunub

20 Fevral 2019 11:45 (UTC+04:00)

Cəlilabad Rayon Təhsil Şöbəsinə (RTŞ) yeni müdir təyinatı olub.

"Report"un Muğan bürosu xəbər verir ki, bu vəzifəyə müvafiq əmrlə Qərənfil Əhmədova gətirilib.

Qeyd edək ki, Q.Əhmədova bu təyinata qədər şəhər 8 saylı məktəb-liseyin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, Cəlilabad RTŞ-nin müdiri vəzifəsini bu vaxta qədər Hafiz Cavadov icra edirdi.