Ağstafada 139 ədəd partlamamış mina tapılıb

20 Fevral 2019 20:15 (UTC+04:00)

 Ağstafa rayonunda 139 ədən partlamamış mina tapılıb.

Movqe.az xəbər verir ki, rayonunun Saloğlu qəsəbəsi ərazisində evlərin, həyətyanı sahələrin və yolların partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi (MONİTORİNQ) zamanı yerin altında basdırılmış 139 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) aşkar edilib.

Ağstafa rayon Polis şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə birlikdə əraziyə baxış keçirilib və minalar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.