Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun yeni qurumları yaradılıb

21 Fevral 2019 16:16 (UTC+04:00)

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun yeni qurumları - Destinasiya Menecmenti Təşkilatları (DMT) yaradılıb.

Dövlət Turizm Agentliyindən Movqe.az-a verilən məlumata görə, DMT-nin yaradılmasında məqsəd regionlarda turizmin inkişafı, təşviqi və idarə olunmasıdır. DMT-nin Qubada yerləşən bölməsinin artıq təqdimatı keçirilib.

Yeni model turizm qurumları kimi fəaliyyət göstərəcək DMT-lərin fəaliyyət istiqamətlərindən biri də regionlardakı hotelləri Azərbaycan Hotel Assosiasiyası ilə əlaqələndirmək olacaq.

Bununla yanaşı, region hotellərində xidmət keyfiyyətinin artırılması üçün tədbirlər görüləcək.