Sumqayıtda avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı

22 Fevral 2019 12:48 (UTC+04:00)

Sumqayıtda marşrut avtobusunun minik avtomobili ilə toqquşması ilə bağlı cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə cinayət işi başlanıbXatırladaq ki, fevralın 21-də hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib. Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.Toqquşmadan sonra avtobus yaxınlıqdakı mağazaya çırpılıb. Hadisə nəticəsində 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.