Bakının bu prospektində hərəkət qismən məhdudlaşdırılacaq

23 Fevral 2019 11:01 (UTC+04:00)

Fevralın 23-də Bakının Xətai rayonu, Xocalı prospektində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Movqe.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, avtomobillərin hərəkətinin məthdudlaşdırılmasına səbəb prospektdə üfüqi nişanlanma xətlərinin çəkilməsidir.

Bu məqsədlə adıçəkilən ərazidə gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq.