Yanan binadan insanlar təxliyə edilir-İki uşaq da var-VİDEO YENİLƏNİB

25 Fevral 2019 13:50 (UTC+04:00)

Paytaxtda yanan binada yanğın söndürülmək üzrədir. Movqe.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda yanan binadan insanların təxliyəsi davam etdirilir.

***

Paytaxda “Qoşa Park” yaşayış kompleksində yerləşən binada yanğın başlayıb. Movqe.az-ın hadisə yerindəki müxbiri xəbər verir ki, yanğın bir saatdır ki, binanı cənginə alıb. Hazırda yanğın 23-cü mərtəbəyə çatıb.  Yanğın baş verən binanın içərisindən insanlar təxliyə edilir. Təxliyə edilənlərin arasında uşaqlar da var. İki uşaq yanğınsöndürənlərin köməyi ilə yanan binadan çıxarılıb. Qeyd edək ki, yanğın Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında  baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili tibbi yardım briqadası cəlb olunub.

Zülfiyyə QULUYEVA