Messi yenidən milli komandada

2 Mart 2019 21:17 (UTC+04:00)

Barcelona-nın hücumçusu Lionel Messi yenidən Argentina millisinə qayıdıb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Messi, Argentina yığmasının Venesuela və Mərakeşlə keçirəcəyi yoxlama oyunları üçün heyətə çağırılıb.

Messi DÇ-2018-dən sonra Argentina millisinin keçirdiyi oyunlara dəvət almamışdı.

Qeyd edək ki, Argentinalı hücumçu, İspaniya mətbuatına açıqlamasında, bir müddət milli komandada oynamaq istəmədiyini demişdi.