195 nəfər lüt soyunub parkda əyləndilər - FOTO

4 Mart 2019 21:17 (UTC+04:00)

İngiltərənin Bləkpul şəhərində yeni dünya rekordu vurulub.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, 195 nudist lüt soyunaraq "Blackpool Pleasure Beach" əyləncə parkında əyləniblər.

Onlar "Grand National" rollkosterindəki vaqonetlərə minərək şütüyüblər.

Əvvəlki rekord 2010-cu ildə Sautenddə qeydə alınmışdı. Həmin gün 102 nudist əyləncə parkına toplaşmışdı.