"Piylənmə ölüm səbəbləri sırasında ikinci yerdədir" - Məşhur cərrah

5 Mart 2019 20:07 (UTC+04:00)

Ümumdünya Piylənmə Federasiyası və başqa mühüm təşkilatlar tərəfindən dəfələrlə mükafatlandırılan cərrah Mehmet Mahir Özmen Türkiyə Böyük Millət Məclisində çıxış edib.

Movqe.az Milli.Az-a istinadla xəbər verir ki, o, çıxışı zamanı bildirib ki, ölüm səbəblərindən biri də piylənmədir.

"Qarşısı alınabiləcək ölüm səbəbləri sırasında birinci yeri siqaret, ikinci yeri isə piylənmə tutur", - Mehmet Mahir Özmen söyləyib.

Həkimin dediyinə görə hazırda Türkiyədə 8.5 milyon insan piylənmədən əziyyət çəkir.