Könül Xasıyeva Bakını BİRDƏFƏLİK TƏRK EDİR

8 Mart 2019 20:40 (UTC+04:00)

Xalq artisti Könül Xasıyeva birdəfəlik rayona köçür.

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə xanəndə "5/5"də özü məlumat verib.

K.Xasıyeva bu addımı vida konsertindən sonra atacağını efirdən bəyan edib:

"Martın 17, 18-ində vida konsertim olacaq. Sonra rayona köçmək istəyirəm. Bəsdir! Gedim biraz da dağların qoynunda yaşayım. Səhnədə, efirdə bəsdir artıq. Yarım əsr yaşadım, yaxşı yaşadım. Rayonda ata evim yaxşı təmir olunub. Anam da təkdir, istəyirəm gedim. Kazımı da aparacam".  

Qeyd edək ki, sənətkar əslən Şəki bölgəsindəndir.