"Neymar futbolçu yox, şişirdilmiş məşhurdur”

10 Mart 2019 15:15 (UTC+04:00)

Braziliya yığmasının sabiq qapıçısı, Corinthians-ın əfsanəsi Neto PSG-nin futbolçusu Neymar barədə danışıb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Neto Neymarı kəskin tənqid edib. O. həmyerlisini Messi və Ronaldo ilə müqayisə edib:

"Düzdür, Neymar çox istedadlı futbolçudur. Ancaq siz Messinin Real-a qarşı necə oynadığını gördünüz? Siz onun Sevilla-ya qarşı da necə oynadığını gördünüz? Siz gördünüz ki, Ronaldo 33 yaşında Juventus-da necə oynayır? O, İtaliya çempionatının bombardiridir.

Neymar futbolçu deyil, şişirdilmiş məşhurdur. Onun haqqında heç kim bu sözləri demir. Əks təqdirdə atasının ürəyi tutar. Onu tənqid edən yeganə şəxs mən və bir də Valter Kasaqrandadır.

Braziliya dünya çempionatında məhz Neymara görə məğlub oldu. O, mundialda olduqca iyrənc oyun göstərdi.