"Yaxın iki ildə Juventus-a keçməyəcəyəm" - Qvardiola

10 Mart 2019 19:58 (UTC+04:00)

Manchester City-nin baş məşqçisi Xosep Qvardiola Juventus-un rəhbərliyi ilə razılaşma əldə etməsinə dair yayılan şayiələrə münasibət bildirib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Premyer Liqanın 30-cu turunda Watford üzərində qazanılan qələbədən sonra (3:1) açıqlama verən baş məşqçi, insanların niyə görə sosial şəbəkələrdə yazılanlara inanmalarını başa düşmədiyini deyib:

"Niyə hər kəsin sosial şəbəkələrdə yazılanlara inandığını anlamıram. Eyni zamanda, heç kim mənim agentimə, Manchester City və ya Juventus-un nümayəndələrinə zəng etməyə çalışmır.

Massimiliano Alleqriyə görə məyusam. Mənim müqaviləm iki il müddətinə nəzərdə tutulub. Mən buranı yalnız qovulacağım təqdirdə tərk edə bilərəm. Yaxın iki ildə Juventus-a keçməyəcəyəm".

Hazırda Manchester City 74 xalla İngiltərə Premyer Liqasına liderlik edir.