Adam öldürdüyünə görə axtarışda olan iki nəfər saxlanıldı

11 Mart 2019 11:25 (UTC+04:00)

Azərbaycanda adam öldürdüyünə görə axtarışda olan 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan R.Məmmədov və İ.Hüseynov saxlanılıblar.