Çuğundurla limon qarışığının möcüzəvi faydası

11 Mart 2019 19:36 (UTC+04:00)

Çuğundurla limon qarışığı qaraciyərə qısa müddətdə müalicəvi təsir göstərir.

Movqe.az xəbər verir ki, bu iki faydalı məhsul qaraciyərin təmizlənməsi üçün olduqca effektli vasitədir.

Ciyər ən mühüm orqanlarından biridir, çünki o orqanizmin təmizlənməsinə cavab verir. Odur ki, hər zaman onun qayğısına qalmaq lazımdır. Son illər qaraciyər yağlanması problemi çox tez-tez rast gəlinən haldır. Bu, qaraciyər hüceyrələrində triqliseridlər və yağ turşularının toplanması nəticəsində yaranır.

Bu problem üçün ən yaxşı təbii müalicə üsulu çuğundur ilə limondan hazırlanan sadə reseptdir.

Ərzaqlar:

- 2 ədəd limon

- 2 ədəd orta çuğundur

- 1 stəkan su

Hazırlanması:

Çuğundurları su ilə birlikdə blenderdən keçirin, sonra qarışığı süzün. Sonda limon suyunu sıxıb şirəyə əlavə edin.

İkinci reseptdə daha çox inqrediyent var:

Ərzaqlar:

- 2 ədəd limon

- 2 ədəd alma və cəfəri suyu (500 ml)

- Yarım qaşıq zeytun yağı

- Bir diş sarımsağın yarısı

- Yarım xörək qaşığı zəncəfil

- Bitki çayı

Hazırlanması:

Bütün inqrediyentləri blenderdən keçirin və içki hazırdır (soyuducuda saxlanılır). Onu beş gün ərzində ardıcıl olaraq hər yeməkdən iki saat əvvəl istifadə edin. (publika.az)