İki yaşlı uşaq üçüncü mərtəbədən yıxıldı, sağ qaldı - VİDEO

11 Mart 2019 20:07 (UTC+04:00)

Hindistanda üçüncü mərtəbədən yıxılan iki yaşlı uşaq möcüzəvi şəkildə sağ qalıb.

Madhya-Pradeş ştatının Şivpuri şəhərində qeydə alınmış hadisənin görüntüsünü “Daily Mail” nəşri yayıb.

Kadrlarda uşağın yoldan keçən qadının düz qarşısında yerə çırpıldığını və hətta toxunuşdan telefonunu belə əlindən düşürdüyünü görmək olur. Şokda olan hind qadın yaxınlıqdakı bordura əyləşir, ətrafda olan iki kişi isə huşunu itirmiş azyaşlının köməyinə qaçır. Hadisə yerinə toplaşan xeyirxah qadınlardan biri onu avtomobillə yaxınlıqdakı xəstəxanaya çatdırır.

Maraqlıdır ki, uşaq heç bir ciddi xəsarət almayaraq, kiçik göyərti və sıyrıqlarla “ölümü aldadıb”. Eyvanda oynayan zaman yıxılmış uşağın sağ qalmasına onun aşağıdakı naqillərin üzərinə düşməsi öz təsirini göstərib.