"Mehribanın evi yoxdur, maşında yatır" - Zaur

12 Mart 2019 21:05 (UTC+04:00)

Əməkdar artist Mehriban Xanlarovanın evi yoxdur. 

Axşam.az-ın məlumatına görə, bu haqda aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" proqramında söyləyib. 

"Bu, ortalıqda qalıb, maşında yatır. Evi yoxdur, bunun mənzili maşındı. Hamıya görə hər şey istəyir, hamıya ağız açır. Amma özünə görə yox" deyə, Zaur bildirib.
 
Aktrisa isə "Düzdür. İndi heç maşın da yoxdur. Bəsdir, danışma" deyərək, ona cavab verib.