Nura nənədi, yoxsa qaynana? - FOTO

12 Mart 2019 16:03 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bu sualla Zaur Kamal proqramında xanım ifaçıya müraciət edib.

Nura Suri nənə olduğu barədə iddianı "Yox, hələ deyiləm. Hamı üçün nə isə deyirlər. Sənin üçün də nəsə deyirlər. Bizdə sevirlər belə şeyləri. Yəqin məni qayınana görmək istəyirlər. Kaş ki, kiminsə belə gözəl qayınanası və yaxud nənəsi olsun" sözləri ilə təkzib edib.

Xatırladaq ki, Nuranın 3 övladı var. Onlar subaydırlar. Müğənni özü bu yaxınlarda "Yenidən niyə də evlənməyim? Olsun, olsun... Bir də görürsən ki, evin ortasında qışqıra-qışqıra gəzirəm ki, bu nədi, bu cür gözəlliyin qədrini bilən yoxdur. Arada bir az ciddi, amma zarafatı qatıb deyirəm. Fikirləşirəm ki, yəqin insanların zövqü korlanıb" açıqlaması ilə diqqət mərkəzinə düşmüşdü.